ANALİTİK İCMAL
Oyun analizi
Bu gün Almaniya Bundesliqasının 8-ci turunda reallaşacaq Augsburg - Freiburg matçı azarkeşlərə bol qollu bir futbol gecəsi vəd edir. Turnir cədvəlinin fərqli pillələrində qərarlaşan iki komandanın qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Meydan sahibləri son 5 oyunda qələbəyə həsrət qalsa da, WWK Arenada artıq 7 aydır məğlub olmurlar. "Freiburg" isə Bundesliqada son iki oyunu uduzduqdan sonra kubokda "Wolfsburg" üzərində dramatik qələbə (3:2) qazanıb. Matçdan ən azı 3 qol (Üst 2.5) gözləntisi həm komandaların oyun fəlsəfəsi, həm də heyətdəki taktiki məcburi dəyişikliklərlə birbaşa bağlıdır: 1. Manuel Baumun rəhbərlik etdiyi Augsburg evində ardıcıl 9 matçdır qol vurur, lakin eyni zamanda ardıcıl 7 rəsmi oyundur ki, qapısını toxunulmaz saxlaya bilmir. Hücum baxımından Fabian Rieder (son 7 oyunda 6 qol + asist) kimi yaradıcı yarımmüdafiəçiyə güvənirlər. 2. Freiburg`un səfər sindromu var. Julian Schuster`in komandası səfərdə keçirdiyi son 3 matçın hər birində qol buraxıb. Keisuke Goto (son kubok matçında 15 dəqiqədə dubl edən) və sürətli yapon hücumçu Yuito Suzuki rəqibin ağır müdafiə xəttini cəzalandıra bilər. 3. Augsburg`da əsas müdafiəçi Juma Bah`ın qırmızı vərəqə cəzalısı olması və Calvin Brackelmann`ın kəllə-beyin travması səbəbindən oynamaması müdafiənin mərkəzində ciddi koordinasiya problemləri yaradacaq. Bu, hücum xətləri üçün geniş sahələr deməkdir. Xülasə: hər iki komandanın qol vurmaq bacarığı və müdafiədəki itkilər fonunda oyunun açıq futbola çevriləcəyi və bol qollu hesabla yekunlaşacağı ehtimalı olduqca yüksəkdir.


