ANALİTİK İCMAL
Oyun analizi
Siz bilirdiniz ki, "Coventry" təxminən 20 ildir "Nottingham Forest" üzərində səfərdə qələbə qazana bilmir? Bu, bir lənətdir! "City Ground" "Coventry" üçün lənətli yerdir... Oliver Qlasnerə olan sevgimi bütün izləyicilərim bilir. Adam "winner" doğulub, Allah gecindən versin, elə də köçəcək dünyadan. Hərçənd ötən həftə "Aston Villa" səfərində "Nottingham Forest" baş məşqçisi olaraq ilk qələbəsni qazandı. Amma "Tricky Trees" Qlasnerin rəhbərliyi altında yeni qızınır. "Forest" evində liqaya yüksələn klublara qarşı oynamağı çox sevir. Medalın digər tərəfi də var - Qlasner yüksək liqaya yüksələn klublara qarşı çıxdığı son dörd oyundan heç birini qazana bilməyib. "Coventry" 2000/01 sezonundan bu yana Premyer Liqadakı ilk sezonu fəlakət kimi başladı. "Sky Blues" dört tur sonrası nəinki qələbə qazanmayıb, heç qol vurmayıb! Görünür, Frenk Lempardın yetirmələri növbəti mövsüm aid olduqları yerə dönəcək - aşağı liqaya. Düzdür, proqram da ürəkaçan deyildi. İlk turlarda "Arsenal" və "Manchester City" kimi qrandlarla oynadılar. Amma "City Ground" da bir o qədər qorxulu yerdir, xüsusilə, başında kimi durduğunu nəzərə alsaq. "Forest"in son 12 ev oyunundan 11-də üç qol vurulmayıb. Məncə bu gün biz bunun əksini görəcəyik. "Forest" və "City Ground"a toplaşanlara bu lazımdır. Nəticədə rəqib 30 "Premier League" səfərində qapısını toxunulmaz saxlaya bilməyən klubdur. "Forest" azı 2 qol vurmaq üçün meydana çıxacaq. İnsaf, "Coventry"! Artıq qol vurmağın vaxtıdır. Bir qol da səndən görək! Liam Delap ötən həftə "Forest" forması ilə ilk qolunu vurdu. Bu arada Delap "Coventry" ilə beş dəfə üz-üzə gəlib və hələ qol vurmayıb. Hələ qol vurmayan "Coventry" Sidiki Şerifin ümidinə qalıb. Ötən tur Taiwo Awoniyi qırmızı kart aldı, Haji Wright isə zatən yoxdur.


