ANALİTİK İCMAL
Oyun analizi
"Atletiko" mövsümə qeyri-stabil və söz-söhbətlərlə başladı. Aleksander Sörlotun zədəsi, müdafiədəki problemlər, Xulian Alvaresin "saqa"sı, "Bilbao" və "Liverpul" məğlubiyyətləri... Lakin "Atletiko" özünə gəldi. Əvvəlcə elə də yaxşı oyun sərgiləmədiyi oyunda "Sosyedad"ı məğlub etdi - 0:3. Ardınca "Metropolitano"da "Osasuna"ya 4 cavabsız top vurdu. Həmin oyunda Madrid təmsilçisi 26 zərb endirdi, 9 net momentə girdi və 3.97 xG topladı. Qısası, derbi ərəfəsində özünəinam problemi olmamalıdır. Xulian yenicə forma yığmağa başlayırdı ki, zədələndi. Derbiyə hazırdır, lakin inanmıram ki, startda çıxacaq. Əsas forvard rolunu Conatan Davidə veriblər, o da şansını boşa vermədi - "Sosyedad" ilə oyunda fərqləndi, "Osasuna" ilə oyunda isə 1+1 rəsmiləşdirdi. Hazırda komandanın əsas problemi kimi Pablo Barriosun zədəsi görünür. Görünür, veteran Koke yenə meydanda hər şeyini verməyə çalışacaq. "Real" sezon startında yaxşı idi: yeddi oyundan altısında qalib gəldi və hər bir oyunda rəqibi əsas metrikalar üzrə üstələdi. Düzdür, "Real" doğma meydanda daha inamlı görünür. Səfər oyunlarında isə "Kral klubu" özünəinam problemi yaşayır. Əvvəla, bitiricilik problemi var: bu oyunlarda 37 net moment yaradılıb, lakin 19 qol vurulub. İkincisi, "Real" rəqiblərini bitirməyi bacarmır. Məsələn, "Elçe" ilə oyunda 2 top fərqlə önə çıxan paytaxt təmsilçisi niyəsə təşəbbüsü rəqibə verdi və qəfildən ayıldı ki, tabloda 2:2 hesabı yanır. Qələbəni yalnız son saniyələrdə xilas etmək mümkün oldu. Tşuameni "Elçe" ilə oyunda startda çıxdı və görünən odur ki, zədədən sonra formasını yığır. Əslində hazırda Mourinyo kadr çatışmazlığından şikayət edə bilməz. Kadr demişkən, Arda Güler inanılmaz formadadır - türkiyəli ulduz 8 net qol momenti yaradıb. Ehtiyyatda isə Karlos Espi kimi "coker" var. Onun vurduğu 2 qol artıq "Real"a 4 xal qazandırıb. Mourinyonun gəlişindən sonra "Real"ın pressinqində ciddi dəyişiklik var. Artıq "Kral klubu" 90 dəqiqə ərzində (Alonso dönəmindəki kimi) pressinq etmir. "Special one" epizodik total pressinqi qoşur. Bu metrikaya fikir verin: "Real" meydanın digər hissəsində topu rəqibdən aldıqdan sonra bu mövsüm 4 qol vurub. "Atletiko" isə pressinq zamanı ciddi səhvlərə yol verir. Bunu da nəzərə alaq ki, Yan Oblakın ən zəif yeri pasdır. Üstünə gələk Barriosun olmamasını. "Atletiko" evdə "Real" ilə oyunlarda əla təəssürat bağışlayır. Son altı ev oyunundan yalnız birində məğlub olub, beş oyunda qələbə qazanıb. Düşünürəm ki, hər iki tərəfdən qollar görəcəyik və bizi bol qollu qarşılaşma gözləyir. Hesab təxmini: 2:2


