ANALİTİK İCMAL
Oyun analizi
Hələlik bu mövsüm Bundesliqanın ən yaxşısı "Borussia Dortmund" sayılır. Hardasan, ay Xames Rodriges?! Bəyənmədiyin, məşqçi saymadığın Niko Kovaç 4/4 edib və həqiqətən gözəl futbol oynadır. Üstəlik, cəmi 2 qol buraxaraq, hazırda liqanın ən etibarlı müdafiəsinə sahibdir. Bu fonda Niko Kovaçın müqaviləsinin uzadılması söz-söhbətləri gəzməyə başladı. Əlsində "Borussia"nın qrafiki də elə də çətin deyil. Lakin nəticələr göz önündədir. Dortmund təmsilçisinin kadr problemləri kritik olmasa da, xoş da sayılmır. Niko Şlotterbek zədə ucbatından millidə oynamadı, lakin məşqləri bərpa edib. Yulian Ryuerson əzələlərində problem hiss edib, bu səbəbdən norveçli müdafiəçi Portuqaliya ilə oyuna çıxmadı. Remi Bensebaini də zədəlidir. Niko Kovaç sistemini istədiyi kimi otuzdurub. Belə olan halda, heç bir məşqçi milli ara arzulamaz, lakin bu, qaçılmazdır. Hətta Kovaç bu formatı tənqid də edib: həm oyunların çoxluğundan narazıdır, həm Karetsasın zədəsini misal gətirib. Haqlıdırmı? Bəli. "Verder" milli araya məğlubiyyətsizlik seriyası ilə getdi. Startda "Frayburq"dan gələn darmadağından (1:4) sonra Daniel Tiunenin kollektivi toparlana bildi və 3 turda 7 xal yığdı. Zarafat deyil, "Leypsiq" (3:1) və əla formada olan "Auqsburq" (3:2) kimi rəqiblərdən gedir söhbət. Milli araya getməzdən əvvəl "Verder"in az qala hər mövqeyində itkilər var idi. Düşünün, müdafiəçilər Feliks Aqu və Musa Ndiaye, dayaq yarımmüdafiəçiləri Yens Ştage, Senne Linen və Skelli Alvero, hücumçular Keke Topp və castin Ndjinma yoxdur. Bunların hamısı əsas rotasiyanın üzvləridir. Buna baxmayaraq, hücumda təcrübəli Niklas Füllkruq özünü yenidən tapıb. O, son 3 oyunda da fərqlənib və fərdi rekorduna doğru irəliləyir. "Bremen musiqiçiləri" son dönəmlərdə "Dortmund" üçün arzuolunan rəqibə çevrilib. Son 7 şəxsi görüşdə "Verder" yalnız 2 xal qopara bilib - anladığınız kimi, söhbət heç-heçələrdən gedir. "Verder"i çox ciddi sınaq gözləyir. Daimi izləyicilərim bilir ki, mən tərəfə getməyi çox sevmirəm. Çünki futbol adlanan oyunda hər ssenari mümkündür. Lakin indiki durum onu deməyə əsasə verir ki, bizi bol qollu oyun gözləyir. Üstəlik, zənnimcə, Niko Kovaç "Sıgnal Iduna Park"a toplaşanlara istədiyini verəcək.


