ANALİTİK İCMAL
Oyun analizi
"Arsenal" Premyer Liqada ikinci yerdə qərarlaşıb. Komandaya "soyuq duş" lazım idi, onu tam sürət yığan "Brayton"dan (3:0) aldı. Problem ondadır ki, "soyuq duş"un ardından "milli ara" başladı. "Milli ara"dan sonra "topçular" sanki özünə gəlməyib. "Lids" üzərindəki qələbə sırf klass hesabına əldə olundu, ortada bir oyun yox idi. Son oyunda Noni Madueke hücumun solunda çıxış etdi. Buna səbəb Xristos Dzolisin zədəsidir. Böyük ehtimal, biz bu gün yenə Maduekeni startda görəcəyik. "Lids" ilə oyunda Pyero Hinkapie zədələndi. Bu isə o deməkdir ki, Kalafioriyə istirahət yoxdur. Bəzi axsaqlıqlara baxmayaraq, Mikel Artetanın yetirmələri ev oyunlarında dünyanın ən güclü klublarından biri olduğunu göstərə bilir - son yeddi oyunda yeddi qələbə. Bunu da etiraf etmək lazımdır ki, klass baxımından geri qalan rəqiblərə Arteta acımır. Davide Ançelottinin gəlişinə "Lill"in oyunçuları rahat alışdı. Altı turun nəticəsində "Lill" yeri çempionatda ikinci yerdə qərarlaşıb və lider "Monako"dan cəmi 1 xal geri qalır. "Doqlar" yalnız PSJ ilə oyunda xal itirib (2:2). Maraqlıdır ki, daxili çempionatda Berke Özer 4 oyunda qapısını toxunulmaz saxlaya bilib. ÇL-in ilk turunda isə "Lill" "Betis" ilə oyunda birdən-birə 3 qol buraxdı. Diskvalifikasiyası olan Etan Mbappe bugünkü qarşılaşmada forma geyinməyəcək. "Havr" ilə oyunda sağ cinah müdafiəçisi Tiaqo Santos isə zədələndi. Son oyunu buraxan Natan Nqoyun isə bu gün forma geyməsi gözlənilir. Matias Fernandes-Pardonun gedişindən sonra "Lill"in hücum xətti ciddi keçid dövrü yaşamadı. Ançelotti gəldikdən sonra "Lill" bütün oyunlarda fərqlənib. Salibanın yoxluğunda isə "Arsenal" müdafiəsi o qədər monolit görünmür və "Lill" öz 13 oyunluq seriyasını uzada bilər. Bu səbəbdən "Arsenal" azı 2 qol vurmalıdır. Yuxarıda qeyd etdiyim kimi, Arteta ev oyunlarında bu cür rəqiblərə qarşı acımasız ola bilir. Son zamanlar komandanın oyunu da fanatların ürəyincə deyil. Düşünürəm ki, "Arsenal" bu gün qollarla bizi sevindirəcək və gözümüzün pası silinəcək.


