ANALİTİK İCMAL
Oyun analizi
Old Firm derbisindəki ağır məğlubiyyətin ardından "Celtic" Avrupa Liqası macərasına macar nəhəngi "Ferencváros" ilə qarşıdurma ilə başlayır. Macarlar isə Qlazqoya qüsursuza yaxın bir qrafiklə gəlir. "Celtic"in baş məşqçisi Martin O’Neill (bilirsiz, onu çox "sevirəm") derbidən sonra dedi ki, artıq “oyanmaq vaxtıdır". Mən yazıq ötən mövsümdən bunu deyirəm, eşidən yoxdur. Qısası, mətbuat konfransındakı fikirlərdən belə başa düşdüm ki, bu, "Celtic" üçün bir "reaksiya oyunu" olacaq. Liqada sezonun ilk altı matçını qazanan "Celtic"in oyununda ciddi səhvlər gözə batır. Liqadakı oyunlara və H2H bölməsinə baxanlar bunu sezməyə bilər, lakin LASK ilə cavab oyunundakı rəzillik bu səhvləri bir-bir "keltlər"in üzünə vurdu. "Rangers" ilə oyun isə dediklərimin isbatıdır. Amma "Celtic" evində əladı, haqqını yeməyək. Ən azından, festival ab-havasında oyun sərgiləyir. Başıbəlalı LASK qarşısında ilk maçtdakı 3:0 hesablı qələbə bunu təsdiqləyir. "Ferencváros" Avropa macərasına iyul ayında başladı ve dörd tur keçdi. Bu dönəmdə dörd səfər oyunundan üçünü qazanan macarlar əsl komanda təəssüratı bağışlayır. Uduzduğu rəqib də "Nottingham Forest" idi. Robbie Keane kimi hücum futbolunu sevən məşqçini əvəzləyən Balázs Borbély "yaşıllar" cəmi bir dəfə məğlub olub. "Trabzonspor" üzərində əldə olunan qələbəni, yəqin, çoxunuz xatırlayırsız. "Celtic"in kimliyini ortaya qoyan bir metrika dəydi gözümə. Avropa səhnəsində evində keçirdiyi son 22 oyundan heç biri bərabərə bitməyib (11 qələbə, 11 məğlubiyyət). Danışan metrikadı, düzdür? "Ferencváros" isə artıq ilk hissədə fərqlənməyi adət halına gətirib. Bu klubun da iç üzünü göstərən metrika var - macarlar Avropa Liqasının qrup mərhələsində səfərdə oynadığı son doqquz oyundan yalnız birində qapısını toxunulmaz saxlayıb. Hamımıza yaxşı tanış olan Camilo Durán bu sezon bütün turnirlərdə doqquz qola qatqı verib (6 qol, 3 assist). Bu qollardan beşi 40-cı dəqiqəyədək vurulub. Kristoffer Zachariassen isə "Ferencváros" forması ilə çıxdığı son altı oyunda dörd qol vurub. Son dörd qolunun üçü başla vurulub. Uzun sözün qısası, məncə bizi qollu oyun gözləyir. Üstəlik, əgər qonaqlar adətinə sadiq qalsalar, bizi daha maraqlı oyun gözləyəcək.


