ANALİTİK İCMAL
Oyun analizi
Niderland - Almaniya oyununda bütün dünya, əsasən də almanlar anladı ki, bu milliyə məhz Yürgen Klopp kimi bir məşqçi çatışmırdı. Son dəqiqələrdə buraxılan qola baxmayaraq, "Bundesteam" çox gözəl futbolla yadda qaldı. Təbii ki, onların oyunu idealdan uzaqdır, lakin "Klopp effekti"ni bir daha hər kəs gördü. Əvvəlki millidən fərqli olaraq, artıq müdafiə daha kompakt oldu, topsuz iş artıq xaotik deyil, zonalara oriyentasiya olunub, lakin aşırı cəsarətli oyun səhvləri və boşluqları özü ilə gətirir. Bu isə Kloppa xas olan məqamdır... Klopp bu gün doğma publika önündə debüt edir. Bilənlər bilir, alman mütəxəssis iki tam heyət cəlb edib. Amma sən saydığını say, gör, zədələr nə saydırır. Camal Musiala və Kai Havertz sıradan çıxdı. Belə olan halda, Florian Virtz və Yonatan Burkhardt işə daxil oldu. Şəxsi gözləntim odur ki, bu gün biz startda Yunes Ebnutalibi görə bilərik. Həm Burkhardtın tam hazır görünməməsi, həm də stilistik olaraq Ebnutalibin Kloppa daha yaxın olması məni bu fikrə gətirdi. Virtzin oynayacağına isə heç kim şübhə etmir. Alman mətbuatı müdafiə və yarımmüdafiədə ciddi rotasiyanı istisna edir. Hər şey, o cümlədən, eksperimentlər qədərində yaxşıdır. Almanlar hücumda da fərqli bir modelə öyrəşdirilir. Niderland ilə oyunda hücum xəttində olanlar özünü tam göstərə bilmədi və tənqid payını aldı. Kreativlik də çatışmırdı, net momentlərin reallaşdırılması da bir yandan. İstənilən halda, bugünkü oyunda almanlar əsas rolda olmağa məcburdur. Bu isə intriqanı bol edir. Serbiya ilə oyunda yunanlar üstün oyun sərgiləyirdi, lakin uzun müddət üstünlüyünü tabloya yansıda bilmirdi. Erkən buraxılan qol şok effekti yaratsa da, "Hellas" özünə gələ bildi. Çətin oyun olsa da, əsas olan 3 xaldır... Yannis Konstanteliasın zədələnməsi hücum xəttində ciddi rotasiyaya imkan vermir. Müdafiədə isə bu gün Konstantinos Kulierakis çıxa bilər - yaxşı xəbərdir. Yunanlar heç vaxt almanlara qalib gələ bilməyib. Bu da sizə əlavə intriqa. Favorit aşkar olsa da, yunanların heyətinə bələd olanlar bilir ki, onlar hətta sürpriz də etməyə qadirdir. Yunanıstan millisi hazır layihədir və bu layihədə hər kəs və hər şey öz yerindədir. Almaniya isə yeni qurulan layihəyə bənzəyir. Kloppun doğma publika önündə ilk oyununu bol qollu təsəvvür edirəm. Auqsburqa toplaşanlar da məncə bunun üçün gələcək. Lakin Kloppun aşırı açıq futbolundan və yunanların ön tərəfdə keyfiyyətli oyunçularının olmasından dolayı, bu seçimə getdim.


