ANALİTİK İCMAL
Oyun analizi
Bu gün Stadio Friuli`də liqada işləri çox pis gedən iki klub üz-üzə gələcək. "Udineze" və "Fiorentina" münasibətlərinə aydınlıq gətirəcəklər. "Udineze" ötən turda "Bolonya" səfərindən qopardığı 1 xal (1:1) ilə turnir cədvəlinin son pilləsindən qurtuldu. Lakin yeni baş məşqçisi Paolo Zanettinin rəhbərliyi altında çıxdığı hər iki oyunda qələbə qazana bilməyib. "Udineze" son 10 liqa matçından cəmi 2 xal toplaya bilib. Sentyabrın əvvəlindən bəri Avropanın beş böyük liqasında bundan daha az xal toplayan yalnız bir komanda var. "Bluenergy" (digər adı) stadionunda vəziyyəti dəyişmək hazırda son dərəcə çətin görünür. "Udineze" bu mövsüm evdəki ilk altı liqa oyununun beşini uduzaraq, 1961/62 mövsümündən bəri öz meydanında yüksək liqadakı ən pis başlanğıcını təkrarlayıb. Bu nəticə komandanın ev sahibi kimi A Seriyasındakı altı oyunluq məğlubiyyət rekordunu təkrarlamaq təhlükəsi ilə üzləşdiyi anlamına gəlir. "Fiorentina" da "Monza" səfərində aldığı 3-0 hesablı məğlubiyyətdən sonra ideal formasından xeyli uzaqdır. "Bənövşəyilər" son səkkiz oyunda cəmi bir qələbə qazana biliblər. İlk 12 turda alınan yeddi məğlubiyyət isə bu baxımdan 2001/02 mövsümündən bəri A Seriyası tarixindəki ən pis başlanğıcları olub. Müdafiə hələ də komandanın ən böyük zəif nöqtəsidir. "Fiorentina" bu mövsüm liqada hələ də qapısını toxunulmaz saxlaya bilməyib. Müdafiədəki ağsaqlıq ardıcıl yeddi A Seriyası matçında ən azı iki qol buraxılması ilə də özünü göstərir. Bu seriya klub tarixində yalnız bir dəfə daha uzun sürüb. Digər tərəfdən, "Fiorentina"nın bu mövsümkü hər iki liqa qələbəsi son beş səfər oyununda qazanılıb və komanda bu iki qarşılaşmanın hər birində dörd qol vurub. Hər iki klub müdafiə baxımından rəzil performans ortaya qoyur. Düşünürəm ki, həm "Udineze", həm də "Fiorentina" kartlarını açıb, masaya oturacaq. Klublardan heç biri 1 xala razı olmaz!


