ANALİTİK İCMAL
Oyun analizi
Türkiyə və İtaliya üzərində minimal hesablı qələbələrin ardınca Fransa millisi doğma publika önündə "soyuq duş" aldı. "Park de Prens"ə toplaşanlar Zidanın başçılığı altında qollu bir qələbə arzulayırdı, lakin Roberto Mançini istədiyini aldı - 1:1. Fransa dominant oyun sərgilədi - 65% topa sahib olma - lakin qol momentləri baxımından italyanları üstələyə bilmədi. Turnir cədvəli baxımından bugünkü oyun vacib sayıla bilər - fransızlar qələbə qazandığı halda, faktiki olaraq liderlik qoltuğuna birdəfəlik oturur. Dayo Upamekano italyanlarla oyunda qırmızı vərəqə aldığı üçün bugünkü matçda olmayacaq. Böyük ehtimalla, onu Maksans Lakrua əvəzləyəcək və Jeremi Jake ilə tandem təşkil edəcək. Belçika ilə ilk oyunda da biz məhz bu dueti iş başında görmüşdük. Fransa-Belçika oyununu bəzi dairələr "derbi" adlandırır - qonşuluq, ortaq tarix və mədəniyyət. "Le Kok" yaxın keçmişdə Belçikaya acımır - son altı oyunda altı qələbə. Buna baxmayaraq, yalnız iki oyun fransızların dominantlığı ilə keçib - EURO-2024 çərçivəsində 1/8 final mərhələsinin oyunu (1:0) və Millətlər Liqası çərçivəsində ötən mövsüm baş tutan oyun (2:0). Belçikadakı son oyun da dramatik keçdi - Maykl Olisenin 88-ci dəqiqədə vurduğu qol düyünü çözdü. "Qırmızı şeytanlar"ın üzü gülür. Türkiyə üzərindəki darmadağın millinin düşərgəsində əhval-ruhiyyəni qaldırdı. Hətta Romelu Lukaku artıq tənqid olunmur. Kevin de Bröyne ideal formadadır. Lakin maraqlı bir detal var - türklərlə oyunda Lammensin qapısına 23 zərbə endirilib. Bu isə ciddi siqnaldır. Fransanın (özü də evdə oynayan) hücum xətti türklər qədər humanist olmaya bilər. Mark van Bommel artıq müdafiə xəttini formalaşdırıb. Lakin yarımmüdafiə ilə bağlı pis xəbər var - Kevin de Bröyne kart cəzalısıdır. Ciddi itkidirmi? Əlbəttə! Belçikalılar kağız üzərində 3 oyundan 2-də qol buraxmayıb. Lakin italyanların 2 net qol momenti var idi. Türklərin momentləri haqda bir qədər yuxarıda qeyd etdim. Futbolda bəxt də lazımdır. Yeri gəlmişkən, seyv sayına görə Senne Lammens elit divizionun lideridir (19). Düşünürəm ki, fransızlar italyanlarla oyundan dərs çıxaracaq və bu gün liderlik söhbətini bağlayacaq. Niyəsə Zidanın rəhbərliyi altındakı 3 oyunda sanki bunu hiss etdik - "Le Blö" partlamağa hazırdır və sanki uyğun vaxtı gözləyir. O gün bu gün ola bilər. Fransadan qollu qələbə gözləyirəm. Hamıya bol şans!


