ANALİTİK İCMAL
Oyun analizi
"Ronaldo böhranı" inanılmaz media effekti göstərdi. Şübhəsiz, bu, həm dünya futbolunun, həm də ölkə gündəminin əsas müzakirə mövzüsudur. Sadəcə bir misal gətirim - millinin sosial şəbəkələri 1.5 milyon izləyici itirib. Sözsüz, Jorje Jesuş çox böyük təzyiq altındadır. Buna baxmayaraq, təcrübəli məşqçiyə dəstək verənlər də çoxdur. Məsələn, Danimarka ilə oyundan sonra portuqallar birlik imtahanından üzüağ çıxdı. Oyun baxımından da portuqallar yaxşı təsir bağışladı. Aqressiv pressinq bir yana, bəzən komanda sanki öncədən yazılmış əks-hücum ssenarisi üçün rəqibə zəmin yaratdı. Bəzi ekspertlər deyir ki, Qonsalo Ramuşun sivri hücumda çıxmasından komanda qazanclı çıxdı. Həm mental olaraq, həm də komanda oyunu baxımından Portuqaliya daha güclü oldu. Üstəlik, Ramuş ardıcıl iki oyundur fərqlənir. Fransişku Konseysau zədəlidir və bugünkü oyunda oynamayacaq. Böyük ehtimal, biz startda Joau Feliksi görəcəyik. Hərçənd, 7 nömrənin yeni sahibi Rafa Leau da əla variant kimi görünür. Yeri gəlmişkən, Feliks artıq ardıcıl 3 oyunda fərqlənir. Bu isə böyük bir bonusdur. Brunu Fernandeş Norveç ilə ilk oyunu zədə ucbatından buraxmışdı, lakin Danimarka ilə oyunda əla geridönüş etdi və iki qol pası ilə yadda qaldı. Bu gün 99% onu startda görəcəyik. Son iki oyunu Portuqaliya səfərdə oynayıb. Ronaldonun demarşından sonra bu ilk ev oyunu olacaq. Bu isə əlavə təzyiq ola bilər. Hərçənd, evində Portuqaliya, demək olar ki, səhv etmir. Norveç son illər ərzində sanki TOP milliyə çevrilib. Lakin 2022-ci ildən bu yana ilk dəfədir ki, Norveç millisi ardıcıl 2 dəfə uduzub. Marqlıdır ki, Norveçin oyununda ciddi problem yoxdur. Yəni komandada hansısa krizisdən söhbət getmir. Realizasiya baxımından problem isə var. Portuqaliya ilə oyunda komanda 22 zərbə endirib, 2.72 xG yığıb, lakin 1 qol vurub. Uels ilə oyunda isə Heggemin qovulmasına baxmayaraq, 10 nəfərlə belə Norveç hücum edirdi və net momentlər qaçırdı + verilməyən penalti. Uels ilə oyundan sonra Solbakken maraqlı bir açıqlama verdi: "Portuqaliya ilə oyunda qapını Eqil Selvik qoruyacaq, Eryan Niland isə ehtiyyatda qalacaq". İş burasındadır ki, Niland bu barədə mətbuatdan oxudu. Ardınca təcili mətbuat konfransı çağırıldı və Nilanddan üzr istənildi. Heggem isə qırmızı kart ucbatından oynamayacaq. Problemlər bitmir - Yulian Ryuerson da zədələndi və Dortmunda döndü. Kadr itkiləri onsuz da axsaq olan Norveç müdafiəsinin halını pisləşdirdi. Skandinavlar ardıcıl 11 oyundur qapısını toxunuımaz saxlaya bilmir və bu oyunlarda 19 qol buraxıb. Millətlər Liqasında 3 oyuna komanda artıq 6 qol buraxıb və bunlardan 3-ü cərimə zərbəsindən (ikisi birbaşa). Norveç millisi təzyiq altında domino daşları kimi dağılır. Jesuş isə məhz bu cür oyun sərgilətdirir. Nilandın əvəzlənməsi problemi həll etmir... Qayıdaq əvvələ və əlimizdə olanları sıralayaq: 1) Ronaldo krizisi 2) Krizisdən sonra evdə ilk oyun 3) Haqlı olduğunu isbat etməyə çalışan Jesuş 4) Kadr itkiləri ilə boğuşan Norveç 5) Təzyiq altında dağılan Norveç müdafiəsi 6) Oyununu təzyiq üzərində quran Jesuş Seçimim bəllidir: Portuqaliya azı 3 qol vurararaq qələbə qazanar


