ANALİTİK İCMAL
Oyun analizi
"Strasburq" qarşısında alınan 1:1 hesablı bərabərlikdən sonra "Monako"nun sezona məğlubiyyətsiz davam edir. Baş məşqçi Filipe Luís komandanı toparlayıb. Düşünürəm ki, braziliyalı mütəxəssis bugünkü oyuna müvəqqəti lider olmaq üçün çıxacaq. "Monako" "Stade Louis II" meydanındakı son səkkiz oyunun yeddisində azı iki qol vurub və bu da hücum xəttinin effektivliyindən xəbər verir. Doğma meydan tədricən qalaya çevrilir. Toparlanmağa ehtiyac olan "Lans"dır. Ötən həftə "Le Man" qarşısında geridən gələrək 1 xalı xilas edən klubda ciddi problemlər var. Sezon startından mümkün 12 xaldan cəmi 4-nü qazanan sarı-qırmızılar baş məşqçi Dino Toppmölleri qovdu. Yeni məşqçi Yannick Cahuzac güclü rəqiblə vəzifəsinin icrasına başlayır. "Lans"ın əsas problemi müdafiə xəttindədir. Maraqlıdır ki, "Lans" liqadakı son yeddi səfər oyunundan beşində azı 2 qol buraxıb. "Monako"nun oyununa məncə hər kəs bələddir. Son 12 liqa oyunundan doqquzunda hər iki rəqib fərqlənib. Felipe Luisin rəhbərliyi altında "maneqasklar" dörd oyun keçirib - bunlardan ikisində qapısını toxunulmaz saxlaya bilib. Onlardan biri "Marsel" ilə ev oyunudur. Problemli "Marsel"... "Monako"nun kapitanı Denis Zakaria komandanın əsas fiquruna çevrilir. O kapitanlıq sarğısı keçmiş nailiyyətlərinə görə verilməyib. Ən azından öz oyunu ilə bunu isbat edir. Yeri gəlmişkən, Zakaria "Lans" ilə oynadığı son dörd qarşılaşmada iki qol vurub. Çox böyük ümid bəslənən Abdallah Sima "Lans" forması ilə son dörd ikili rəqabətdə üç qol vurub. Çox maraqlı bir detal var - rəqibin kimliyindən asılı olmayaraq, Simanın qol vurduğu son səkkiz oyunda "Lans" məğlub olmayıb. Diqqətə alın! "Monako"da Ablin və Brunner ideala yaxın forma yığıblar. Ablinin driblinqi müzakirə olunursa, Brunnerin vurduğu qollarla yanaşı, "başından böyük" hərəkətləri də söz-söhbət yaradır. Məncə Felipe Luis ona bu barədə xəbərdarlıq edib artıq. İki komandanın hücum xəttinə güvənərək bu oyunda azı 3 qolun vurulmasını ümid edəcəm.


